Və burada ikili duyğu var. Bu duyğu ABŞ-ın elektron qoşunlarının, yoxsa Rusiyanın REM qoşunlarının güclü olduğunu başa düşmək üçün itələyir.
Amerikada radioelektron mübarizə müxtəlif сür şərh oluna bilər: "Elektron Müharibə"(EW- Electronic Warfare),"idarəetməyə əks təsir" (C3CM - Command, Control, Communication, Countermeasure), "elektron mübarizə" (Electronic Combat). Amma mahiyyət eynidir. Daim Rusiya və ABŞ REM vasitələri müqayisə olunur. Bunun üçün ABŞ-ın bəzi əsasları da var. Okeanın o tayında Rusiyanın REM vasitələrinin inkişafında və tətbiq olunmasında uğurlar böyük maraq doğurur.
Bu yalnız Amerikalı mütəxəssislərin sağlam gülüşünə səbəb olan "Donald Kuk" gəmisi ilə bağlı deyil.
Donbas və Suriyadakı bəzi komplekslərin istifadəsinin nəticələri artıq heç kimi güldürmür. Bundan başqa, Amerika Birləşmiş Ştatlarının da rəyini dinləmək qəbul edilən bir neçə hörmətli ekspertin (Rocer Makdermot, Sem Bendetto, Maykl Koffman) Rusiyanın RƏM qoşunlarını ciddi qüvvə və öyrənilməsi vacib olan sahə adlandırmaları təsadüfi deyil.
Ekspertlərin fikrincə, Rusiya REM qoşunlarında çox sayda şəxsi heyət xidmət edir, onların bu qoşunları ən yeni vasitələrlə çox güclü təchizata malikdir.
Lakin ən mühümü doktrinaya uyğun olaraq radioelektron mübarizə qüvvələrinin, silahlı qüvvələrin digər növləri ilə - aviasiya, hava hücumundan müdafiə və artilleriya ilə öz hərəkətlərini əlaqələndirməsindədir.
Amerikalılar bu qoşunların şəxsi heyətinin uzunmüddətli döyüş təcrübəsini mühüm amil kimi nəzərdən keçirir. Klassik bir nümunə olaraq, Bendett öz hesabatında Suriyadakı Rusiya əsgərlərinin hərəkətlərini belə ifadə edir.
"Rusiya hərbçiləri 13 dron aşkar etdilər, onları radiomaneə və ya məsafədən "sındırma" yolu ilə zərərsizləşdirdilər. Bu maneələri aşa bilən dronlar isə HHM qüvvələrinin raket komplekslərinin vasitəsilə məhv edildi. Nəticədə hücumun qarşısı alındı. Rusiyanın HHM və REM qoşunlarının birgə fəaliyyəti istənilən nəticələri verməyə başlayıb".
Kofmanın sözlərinə görə, inkişaf edən REM vasitələri yalnız hərbi texnikanın imkanlarını genişləndirmir, həm də Rusiya hərbçilərinə "kontaktsız" əməliyyatlar keçirməyə, düşməni "söndürərək" kor etməyə və ona mənəvi cəhətdən zərbə vurmağa imkan verir.
Bunun üçün isə NATO ərazisinə hücum etmək lazım deyil. Birincisi, Rusiyanın REM vasitələri kifayət qədər uzaq məsafələrdə təsirlidir, ikincisi Rusiya son illərdə məharətlə sülh və müharibə arasında sərhədi silərək süni "boz zonalar" yaradır.
Amerikalının maraqlı fikri dərhal sual doğurur: Sizə kim mane olur? NATO əks təsir vasitələri olmadan bu "boz" zonaların mövcudluğuna mane ola bilməz. Ümumiyyətlə, bu uzun və düşüncəli söhbət mövzusu bir səhifəyə sığan deyil.
Amma düşünürəm ki, iki ölkənin müdafiə konsepsiyasından başlamalıyıq. ABŞ-ın Rusiyadan geri qalmasının əsas səbəbləri bu sənəddə əksini tapır.
Konsepsiya nəyə söykənir? Əlbəttə ki, coğrafi vəziyyətə.
Bu baxımdan ABŞ-da hər şey tam qaydasındadır. Şimalda Kanada və cənubda Meksika. Vəssalam. İkisi də müstəqil siyasətə, əla qoşuna və yüksək hərbi potensiala malik ciddi ölkələrdir. Əslində isə 51-ci və 52-ci ştatlardır. Buna görə, Birləşmiş Ştatların tarixi boyunca qonşulardan heç bir təhlükə olmayıb və ola da bilməzdi.
Əlavə olaraq ABŞ müdafiə gücünü sınaqdan keçirmək qərarına gələn hər kəs aşıla bilən, lakin bəlli çəkiyə malik iki maneə faktoru ilə qarşılaşacaq. Sakit və Atlantik okeanları ilə.
Bu qədər. Prinsipcə yekunlaşdırmaq olar.
ABŞ-da rahat yatmaq olar, çünki amerikalıların qüdrətli dəniz donanması mövcuddur. ABŞ HDQ bir çox müdafiə məsələlərini həll edə biləcək çox ciddi bir "kozır" hesab olunur. ABŞ-da 11 ədəd təyyarə daşıyıcısı mövcuddur. Bu isə ölkə sərhədlərindən istənilən məsafəyə itələnməsi mümkün olan 11 aerodrom deməkdir. Həmin aerodromda isə strateji bombardmançılara, qanadlı raketlərə, son nəsil qırıcılara raketlər və digər Amerika təzahürlərinə rast gəlmək mümkündür.
Bu mövzu ilə əlaqədar çox şey demək olar. Məsələn bəziləri iddia edir ki, F/A-18 göyərtə qırıcıları adi qırıcılarla müqayisə oluna bilməz və s. O zaman ABŞ Hərbi Dəniz Qüvvələrində olan 850-dən çox qırıcı sayını Rusiya aerokosmik qüvvələrdə olan qırıcıların sayı ilə müqayisə edək. Dərhal məlum olur ki, niyə ABŞ-da hər şey qaydasındadır. Əgər HDQ həll edə bilməyəcəyi problem yaranarsa, o zaman 2000 ədəd F-15, F-16, F-22, F-35 qırıcılar malik HHQ işə qarışa bilər.
Ümumiyyətlə, konsepsiya aydındır: hava və su ABŞ-a aiddir, müharibə aparılacaq torpaq isə ona aid deyil. Daha doğrusu torpaq var, lakin oraya su və hava haqqında yuxarıda deyilənləri nəzərə alaraq necə qoşun çatdırmaq olar - sual bundan ibarətdir. Yalnız Rusiya Strateji Təyinatlı Raket Qoşunları və atom sualtı mərmi daşıyıcıları qalır.
Faktiki olaraq, ABŞ-ın müdafiə konsepsiyası əsasən donanma və aviasiyaya üstünlük verdiyindən REM vasitələrinin geniş inkişafını və tətbiqini nəzərdə tutmur. Bunun əsas səbəbi ehtiyaclarının olmamasında deyil. Əsas səbəb bu komplekslərin imkanlarının düzgün qiymətləndirilməməsidir.
ABŞ doktrinası müdafiə xarakterli deyil. Hücum, aqressiv müdafiə və ya önləmə döyüşlərində REM müdafiədən fərqli olaraq ən yaxşı komponent deyil. ABŞ HHQ- nin təyyarələrində olan REM kompleksləri haqqında demək olar ki, onlar Rusiyanın "Xibin" və "Skorpion" komplekslərindən nisbətən zəifdir. Amerikalılar da bunu çox yaxşı bilirlər.
Lakin heç bir şey edə bilmirlər. Bütün yeni ABŞ gəmilərinə yerləşdirilən AN/SLQ-32 "Electronic Warfare Suite" kompleksi 5-ci versiyası "Aegis" tərkibində daha effektivdir, lakin onların sistemlərinin təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülməlidir.
Həqiqətən də, gələcəkdə Rusiya və Amerika sistemlərinin bütün üstünlüklərini və mənfi cəhətlərini informasiyanın imkan verdiyi qədər təhlil edəcəyik. Bununla yanaşı, ABŞ Ordusu rəsmiləri tərəfindən müdafiə edilən sistemə qayıdaq. AN/SLQ-32 həqiqətən güclü bir kompleksdir və təyyarə daşıyıcılarından təyyarələrə qədər çox geniş diapazonda istifadə edilə bilir. Universallığı onun zəif tərəfidir. Buna görə də Rusiyanın dar, lakin yüksək ixtisaslaşlı komplekslərinə uduzur.
İkinci, Rusiya tərəfinə keçək. Və yenə coğrafi xəritəyə nəzər salaq. Xəritədə Rusiyaya baxarkən, ətrafda çox sayda rəqib dövlətləri saymaq mümkündür. Şimaldakıların davamlı olaraq Rusiya təhlükəsi barədə qışqırıqlarını, indi NATO üzvü olan keçmiş Varşava müqaviləsindəki müttəfiq dövlətlərin və Ukraynanın davranışlarına nəzər salsaq vəziyyətin ABŞ-dan fərqli olduğunu görərik.
Rusiynın yeni RƏM vasitələrinin 95% -i müdafiə xarakterlidir. "Murmansk" kompleksləri istisnadır. Bu kompleks bir çox raketin uça bilmədiyi məsafələrə hücum edə bilir. Digər REM komplekslərinin fəaliyyəti həqiqətən, kimsəni təhdid etməkdən uzaqdır. REM vasitələrinin aktiv əməliyyat zonasına daxil olan elektron vasitələri də istisna təşkil edir.
Sovetlərin və Rusiyanın müdafiə xarakterli REM vasitələri Qərb ekspertlərini narahat etmir.
Makdermot Rusiyanın sərhədləri yaxınlığında üstünlüyü saxlamaq üçün qüvvələrin artırılmasını düzgün hesab edir: "Rusiyanın komplekslərinə qarşı bir sistem qoymaq üçün bu gün işə başlamaq lazımdır. Əgər bunu etməsəniz, Rusiyanın istənilən təcavüzü, təxribatı və ya ilhaqı həyata keçirməsi mümkün olacaq. Nə çox, nə də az".
"Təcavüz və ilhaq" sözləri ilə küləyin hardan əsdiyi aydın göstərir. Dünyanın hər hansı bir ölkəsinin öz sərhədlərinə hakim olmaq istəməsi əslində Qərbdə heç kimi utandırmır. Bu normaldır.
Müəllif: Roman Skomorokov
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az